• Qərb
  • 7 Oktyabr 18:49
  •  2 830

Böyük Britaniya qeyri-qanuni miqrantların sayına görə birinci yerdədir

“The Daily Telegraph” yazır ki, Böyük Britaniya qanunsuz miqrantların sayına görə bütün Avropa ölkələri arasında birinci yerdədir.

Hazırda orada 745 minə qədər qeydiyyatsız sakin yaşayır.

AzNews.az xəbər verir ki , ilin əvvəlindən bəri ölkəyə 26,6 min qeyri-qanuni mühacir hava ilə doldurulan qayıqlarla Manş kanalı vasitəsilə gəlib. Oktyabrın 5-də Britaniyaya qeyri-qanuni yollarla 973 nəfər keçib ki, bu da gündəlik rekord göstəricidir.

Avropada qeyri-qanuni miqrantların sayına görə ikinci yeri 700 minə qədər belə insanın yaşadığı Almaniya tutur.

Mövsüm

AzNews.az