- Qərb
- 21 Fevral 22:29
- 2 798
İsveç Baltik dənizində sualtı kabelin zədələndiyini bildirib

Finlandiyadan Almaniyaya uzanan dənizaltı kabel İsveçin Baltik dənizindəki Qotland adası yaxınlığındakı müstəsna iqtisadi zonasında zədələnib.
Bu barədə ölkənin Sahil Mühafizəsinə istinadən SVT telekanalı məlumat yayıb .
Hadisə ilə bağlı İsveç Müdafiə Nazirliyi məlumat verib. Prokurorluq hadisənin hansı şəraitdə baş verdiyini aydınlaşdırmaq üçün araşdırmalara başlayıb.
"İstintaqın aparılmasına kömək etmək üçün hadisə yerinə gəmi göndərilir", - telekanal idarənin mətbuat xidmətinə istinadən xəbər verir.
Mövsüm
Aznews.az