• Qərb
  • 25 Fevral 21:15
  •  1 088

Merz Bundestaqda CDU/CSU fraksiyasının sədri vəzifəsinə təsdiq edilib

Partiyası Xristian Sosial İttifaqı (CSU) ilə blokda parlament seçkilərində qalib gələn Xristian Demokrat İttifaqının (CDU) sədri Fridrix Merz Bundestaqdakı fraksiya sədri vəzifəsinə təsdiq edilib.

Bu barədə "Handelsblatt" qəzeti məlumat yayıb .

Məqalədə deyilir: “CDU/CSU parlament qrupu Fridrix Merzi yenidən sədr seçib".

Fraksiyanın təsis yığıncağında Merzin 98 faiz səs topladığı dəqiqləşib. Səsvermədə 205 deputat iştirak edib, onlardan 201-i XDİ liderinin lehinə səs verib. Qalan dörd məmur əleyhinə səs verib.

Mövsüm

Aznews.az