Britaniyanın beynəlxalq inkişaf naziri etiraz olaraq istefa verib

Böyük Britaniyanın Beynəlxalq İnkişaf katibi Annelise Dodds Britaniyanın baş naziri Keir Starmerin müdafiə xərclərini digər ölkələrə yardım hesabına artırmaq qərarına etiraz olaraq istefa verib.

O, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

"Beynəlxalq İnkişaf, Qadınlar və Bərabərlik Naziri vəzifəsindən istefa verməli olduğumu bildirməkdən kədərlənirəm", - deyə qeyd edib.

O, həmçinin Starmerə ünvanladığı məktubda Qəzza zolağına, Ukraynaya və Afrika ölkələrinə dəstəyi davam etdirəcəyinə dair sözünü xatırladıb.

Mövsüm

Aznews.az