- Qərb
- 18 Mart 21:47
- 1 439
Ağ Ev Putinlə Trampın təxminən bir saat danışıq apardığını bildirib

Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp bir saata yaxındır ki, telefonla danışırlar.
Bu barədə Ağ Ev rəhbərinin müavini Den Skavino məlumat verib.
“Prezident Tramp hazırda [Ağ Evin] Oval kabinetindədir, [o] prezident Vladimir Putinlə səhər saat 10:00-dan (Bakı vaxtı ilə 18:00 – Red.) danışır”, - rəsmi X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Skavino əlavə edib ki, danışıqlar “yaxşı gedir”.
Mövsüm
Aznews.az