- Qərb
- 30 Mart 19:53
- 5 104
NBC News: Tramp bu həftə Putinlə telefon danışığını planlaşdırır

ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiya lideri Vladimir Putinlə yeni danışıq aparacağını gözlədiyini bildirib.
Bu barədə "NBC News" Ağ Ev rəhbərinin sözlərinə istinadən məlumat yayıb.
"Tramp iki liderin bu həftə yenidən danışmağı planlaşdırdıqlarını söylədi",-deyə nəşr yazıb.
Rusiya nümayəndələrindən yeni danışıqların aparılması ilə bağlı heç bir şərh verilməyib.
Mövsüm
Aznews.az