• Qərb
  • 1 Aprel 18:39
  •  1 999

Makron Avropanı səhiyyə və müdafiə sahələrində ABŞ-dən asılılığı azaltmağa çağırıb

Avropa səhiyyə və müdafiə sahəsində ABŞ- dən asılılığını azaltmalıdır.

Bunu Fransa prezidenti Emmanuel Makron "Reuters" -in YouTube kanalında yayımlanan Fransa-Danimarka İqtisadi Forumunda çıxışı zamanı deyib.

Fransa lideri qeyd edib ki, Avropa ölkələri artıq COVID-19 pandemiyası zamanı digər ölkələrdən hədsiz asılılığın nəticələrini yaşayıb.

"Ola bilsin ki, biz o dövrün xəbərdarlıqlarına kifayət qədər qulaq asmadıq. Həmin anda onların maraqlarını öz maraqlarımızdan üstün tutduq", - Makron bildirib.

Mövsüm,

Aznews.az