- Qərb
- 8 Aprel 19:33
- 2 320
Ukrayna və Belçika birgə silah istehsalına başlamaq məsələsini müzakirə edirlər

Ukrayna və Belçika Belçikanın baş naziri Bart De Veverin səfəri zamanı birgə silah istehsalı imkanlarını müzakirə ediblər.
Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib .
"Bu gün Belçikanın on müdafiə şirkətinin nümayəndələri Baş nazir Bart De Veverlə birlikdə Ukraynadadır. Biz Ukrayna ərazisində birgə silah istehsalı və istehsala sərmayələr barədə danışdıq - bu, bütün Avropa üçün işləyəcək bir şeydir. Bu gün Belçika istehsalçıları ilə üç razılaşma var", - Zelenski Telegram kanalında yazıb.
Ukrayna lideri həmçinin avropalı həmkarına 1 milyard avroluq yeni müdafiə paketinə görə minnətdarlığını bildirib.
Mövsüm
Aznews.az