- Qərb
- 11 Aprel 17:21
- 1 452
Estoniya hakimiyyəti Rusiyaya gedən tankerin saxlanıldığını bildirib

Aenqa adası yaxınlığındakı Muuqa körfəzində Estoniya Müdafiə Qüvvələri Rusiyaya gedən Kiwala tankerini saxlayıb.
Bu barədə "Postimees" qəzeti məlumat yayıb.
“O, Estoniyanın ərazi suları boyunca Rusiyanın Ust-Luqa limanına gedirdi: “Hazırda onun yanında Estoniya donanmasının gəmiləri var”, - məqalədə qeyd olunur.
Müdafiə Nazirliyinin mətbuat konfransında Estoniya Hərbi Dəniz Qüvvələrinin komandanı komandor İvo Värk izah edib ki, saxlanılmada məqsəd gəminin sənədlərini və hüquqi statusunu yoxlamaq olub.
Mövsüm
Aznews.az