• Qərb
  • 22 Aprel 22:40
  •  1 024

Ağ Ev Vitkoffun bu həftə Rusiyaya səfərini təsdiqləyib

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff bu həftə Rusiyaya səfər edəcək.

Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.

"Bu həftənin sonunda Vitkoff [Rusiya Prezidenti] Vladimir Putinlə danışıqları davam etdirmək üçün Rusiyaya qayıdacaq ",- deyə o, qeyd edib.

Onun sözlərinə görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi və Trampın özü hesab edir ki, Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar düzgün istiqamətdə gedir.

Mövsüm

Aznews.az